Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər separatçı rejimin hərəkətindən hiddətləniblər.
Caliber.Az yazır ki, erməni qadın Arutyunyan xuntasının qoyduğu qiymətlərdən narazılığını dilə gətirib.
“İrəvanda bir kiloqram yaxşı ərik 350 drama (0,91 dollar/1,54 AZN) satılır. Mən belə bir sual vermək istəyirəm: niyə bizdə bir kq əriyin qiyməti “rəsmi” olaraq 900 dram (2,33 dollar/3,96 AZN) müəyyən edilib, amma əhaliyə 3 000-ə (7,76 dollar/13,19 AZN) satılır? Arayik Arutyunyan, mənə cavab ver, sən kəndlilərdən əriyi neçəyə alırsan? Etibarlı mənbələrin məlumatına görə, sən onları topdan 200-250 drama (0,52-0,65 dollar) alırsan. Niyə aldadırsan?” – deyə erməni qadın narazılığını ifadə edib.
Qarabağdakı qeyri-qanuni rejim məhz bu yolla süni şəkildə humanitar böhran yaratmağa çalışır. Qarabağın erməniəsilli sakinləri üçün isə bu, oyanış siqnalı olmalıdır. Azərbaycan cəmiyyətinə inteqrasiya etmək vaxtıdır.