• Be. Sen 22nd, 2025

Haluk Görgün: “Azərbaycanla müdafiə sənayesində əməkdaşlığımızı artırmaq üçün yeni fürsətlər var” – FOTO

ByYenigun.news

İyl 27, 2023


Azərbaycan və Türkiyə müdafiə sənayesində əməkdaşlığı artıracaq.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşü zamanı bildirib.

O qeyd edib ki, mövcud əməkdaşlığın artırılması üçün yeni fürsətlər və imkanlar var.

H.Görgünün sözlərinə görə, iki ölkə başçısının tapşırıqlarına əsasən bu istiqamətdə görüləcək işlər qısa bir zamanda həyata keçiriləcək.