• Bz. Noy 24th, 2024

Anton Bredixin: “Əsas məsələ odur ki, Paşinyanın bununla heç bir əlaqəsi olmadığını deməsin” – Rusiyadan ŞƏRH

ByYenigun.news

İyl 28, 2023


RF Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb. Birinci şəxslərin bu görüşü zamanı Azərbaycanla Ermənistan arasında hansısa baza sülh sazişi imzalana bilərmi?

Bununla bağlı Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri, tarix elmləri namizədi Anton Bredixin Oxu.Az-a şərh verib.

Müsahib ilk olaraq bəyanatlarla, vədlərlə dolu üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, nəticənin sıfıra bərabər olduğunu xatırladıb.

“Baxmayaraq ki, artıq təkcə bəzi ilkin nəticələr deyil, həmçinin 2020-ci ildə müzakirə edilən bəndlərin icrasının nəticələri də olmalıdır”, – deyə o əlavə edib.

Ekspert bununla belə, Moskvanın təşkil edəcəyi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin mümkün sammitindən kiçik də olsa, irəliləyiş gözləntilərinin olduğunu vurğulayıb.

“Amma yenə də əsas odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan hər hansı sənədi imzalayandan sonra kənara çəkilməsin, bununla heç bir əlaqəsinin olmadığını, ümumiyyətlə heç nəyə imza atmadığını və heç nədən xəbəri olmadığını deməsin”, – deyə Bredixin sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir