• Bz. Noy 24th, 2024

İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verildi – FOTO

ByYenigun.news

İyl 28, 2023


İranda saxta ittihamlarla mühakimə olunan Azərbaycan vətəndaşı iki il altı aydan sonra azad edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə (DSX) təhvil verilib.

O, Tehranda bədnam “Evin” həbsxanasının qadınlar bölməsində saxlanılırdı. Xanım Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin mudiri, edam hökmlərinin çıxarılması ilə məşhur olan qəddar hakim Əbülqasim Sələvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.

Qeyd edək ki, V.Yusifova iki il altı aya yaxın idi İranda həbsdə idi.

Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluq ittihamı ilə hazırda İranda saxlanılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir