Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.
Qeyd olunub ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.
Nazir Ceyhun Bayramov Türkiyəyə 🇹🇷 rəsmi səfəri çərçivəsində #Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub. pic.twitter.com/7a0aQLaiuK
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 31, 2023