İyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.
Bu barədə Azərbaycan XİN “Twitter” hesabında paylaşım edib.
Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.
XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.
Hal-hazırda: @TC_Disisleri-ndə #Azərbaycan 🇦🇿 Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun & #Türkiyə 🇹🇷 Respublikasının xarici işlər naziri @HakanFidan arasında təkbətək görüş başladı. pic.twitter.com/XpMWbLTFRK
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 31, 2023
Hal-hazırda: #Azərbaycan 🇦🇿 Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun-un Türkiyəyə rəsmi səfəri çərçivəsində, #Türkiyə 🇹🇷 Respublikasının xarici işlər naziri @HakanFidan həmkarını @TC_Disisleri-ndə səmimiyyətlə salamlayır. pic.twitter.com/n62xZaZhR0
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 31, 2023