• Şb. Noy 23rd, 2024

Beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası qaydası müəyyənləşəcək

ByYenigun.news

İyl 31, 2023


Prezident İlham Əliyev “Qiymətli kağızlar haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

– Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydası;

– Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydası;

– İnvestisiya şirkətləri üçün korporativ idarəetmə standartları;

– İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydaları;

– İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələblər;

– Məlumatın forması;

– Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydası;

– İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər;

– Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir