• Şb. Noy 23rd, 2024

Ağdamda 6 nəfər minaya düşdü, ölənlərin sayı 2-yə çatdı

ByYenigun.news

Mar 16, 2021

Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri – 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
Ağdam rayonunda 6 nəfər minaya düşüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu – 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir