• Şb. Noy 23rd, 2024

Erməni separatçılar 40 ton unun Xankəndiyə çatdırılmasını əngəlləmək üçün yolu bağlayıblar – VİDEO

ByYenigun.news

Sen 1, 2023


Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran qəsəbəsi yaxınlığında etiraz aksiyası keçirirlər.

APA-nın əldə etdiyi görüntülərdən aydın olur ki, onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə “humanitar fəlakət” yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır

Qeyd edək ki, AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir