• C. Noy 22nd, 2024

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib

ByYenigun.news

Sen 1, 2023


Qərbi Azərbaycan İcması ABŞ-ni “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin mətbuat katibinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, ABŞ-nin yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.

Bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının Dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.

Qərbi Azərbaycan İcması, eyni zamanda, ABŞ-ni “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir