“BBC ilk dəfə deyil ki, rəsmi Britaniya hökumətinin mövqeyinə əks olaraq, Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir. Münaqişənin 30 illik tarixi ərzində biz dəfələrlə bu yayım şirkətinin təxribatlarının şahidi olmuşuq”.
Bunu “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov CBC TV-nin efirində bildirib.
“Təəssüf ki, BBC hər zaman İrəvanın himayədarı qismində çıxış edib. Əslində, bu, izaholunmazdır. Özü də belə yanaşma təkcə BBC-yə xas deyil. Bu, Qərb mətbuatının ikili standartlarıdır”, – deyə jurnalist bəyan edib.
Həmid Həmidov qeyd edib ki, dünya üzrə milyonlarla insana yanlış məlumatların çatdırılması heç də söz azadlığı deyil və hər kəs dediyi sözlərə görə cavab verməlidir.
“Düşünürəm ki, belə təxribatları cavabsız qoymaq düzgün deyil. Ən azı BBC-nin Azərbaycan bölməsi şirkətin baş ofisi qarşısında məsələ qaldırmalıdır”, – deyə H.Həmidov vurğulayıb.
Daha ətraflı CBC TV-nin videomaterialında: