• Bz. Noy 24th, 2024

Putin və Ərdoğanın nahar menyusu məlum olub

ByYenigun.news

Sen 4, 2023


Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan işgüzar nahar zamanı liderlərin nə yedikləri məlum olub.

Məlumata görə, menyudan donuz ətli təamlar çıxarılıb. Əvəzində dövlət başçılarına hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat souslu qırmızı kefal balığı, mal əti ilə xarço supu, göbələk souslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası təklif edilib.

Həmçinin, nahar zamanı desert qismində Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir