• Bz. Noy 24th, 2024

EBRD-nin birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

ByYenigun.news

Sen 4, 2023


Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır.

EBRD-nin Azərbaycan nümayəndəliyinin məlumatına görə, birinci vitse-prezidentin Azərbaycana səfəri sentyabrın 7-də baş tutacaq. Görüşlər iki gün davam edəcək.

Y.Riqterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə Cənubi Qafqazın hər bir ölkəsində hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək.

O, həmçinin EBRD-nin Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.

Görüş zamanı özəl sektorun inkişafı, infrastruktur və islahatlar diqqət mərkəzində olacaq.

Qonaqlar səfər çərçivəsində Azərbaycanda qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədilə Dövlət Peşə Təhsili Agentliyi və “Avrora Qrup” tərəfindən təşkil edilən texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimində iştirak edəcək.

Səfərdən əvvəl Riqterink bildirib:

“Bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz bank üçün mühüm regiondur və biz investisiyalarımız, məsləhət xidmətlərimiz və strateji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafa davamlı dəstək prinsipimizə sadiqik”.

Qeyd edək ki, EBRD regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir