Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
“Report”un xəbərinə görə, diplomatik nümayəndəlikdən bildirilib ki, buna səbəb Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərinin artmasıdır.
Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.