• Bz. Dek 21st, 2025

Ceyhun Bayramov Xorvatiyaya səfər edib

Byadmin

Sen 5, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, səfər çərçivəsində Ceyhun Bayramovun Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur.

Səfər zamanı, həmçinin, Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirakı və çıxışı gözlənilir.