ABŞ-nin Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri kolumbiyalı jurnalist Roberto Trobaxo Ernandesə Ermənistana səfər edərək oradan reportaj hazırlamaq müqabilində istədiyi məbləği ödəməyi təklif ediblər.
Bu barədə kolumbiyalı jurnalist öz “X” hesabında yazıb.
“Mənim Azərbaycan xalqına və hökumətinə olan sədaqətimi, dostluğumu bir neçə min dollara almaq və ya satmaq olmaz”, – deyə jurnalist bildirib.
Qeyd edək ki, 2021-ci ilin iyul ayında Ernandes Şuşa şəhərinə və Azərbaycanın erməni işğalından azad edilmiş digər ərazilərinə səfər edərək həmvətənlərinə gördüklərindən danışıb. Bu isə erməni diasporunun qətiyyən xoşuna gəlməyib və onun nümayəndələri jurnalistə rüşvət təklif etməkdən daha “ağıllı” yol tapmayıblar.
Emisario de @ANCA_DC. me llamó ofreciéndome pagárseme viaje y estadía en Armenia y lo que yo quisiera cobrarles por un Reportaje de TV y artículos.
Valgo muchísimo: mi lealtad y mi amistad con el pueblo y gobierno azerbaiyano no se compran ni me vendo por unos miles de dólares.— Roberto Trobajo Hernández ® 🇨🇺🇨🇴🇦🇿 (@Roberto_Trobajo) September 5, 2023