• Be. Noy 25th, 2024

Azərbaycan və Xorvatiya azad edilmiş ərazilərin bərpası ilə bağlı əməkdaşlığı müzakirə ediblər – FOTO

ByYenigun.news

Sen 6, 2023


Azərbaycan və Xorvatiya arasında işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu, qurumun rəhbəri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşü çərçivəsində baş tutub.

Qeyd olunub ki, görüşdə tərəflər postmünaqişə dövründə Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq məsələləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Eyni zamanda, İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunublar, Ələt Azad İqtisadi Zonasının bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.

C.Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir