• Ça. Noy 26th, 2024

Ekspert: “Rusiya ilə Ermənistan arasında münasibətlər mürəkkəb olaraq qalır”

ByYenigun.news

Sen 7, 2023


“Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb olaraq qalır”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmyakov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəni xatırlamaq olar, burada o, diqqəti müxtəlif güc mərkəzlərinə yönəltməyin zəruriliyi fikrini ifadə etmişdi”, – ekspert qeyd edib.

O bildirib ki, Ermənistanla ABŞ arasında birgə hərbi təlimlərin keçirilməsi gözlənilən idi:

“ABŞ tərəfinin iştirakı ilə Ermənistanda birgə hərbi təlimlərin keçirilməsi, şübhəsiz ki, Moskvada ruh yüksəkliyi yarada bilməz. Biz Rusiya rəsmilərinin bununla bağlı narahatlığını gördük”.

Onun fikrincə, İrəvanın bu addımı Moskva üçün sürpriz olmadı. Çünki bu il ABŞ və Ermənistan arasında müdafiə sahəsində münasibətlər digər məsələlərlə yanaşı, kifayət qədər fəal inkişaf edir.

“Bu cür təlimlərin indi baş tutması, prinsipcə, rəsmi İrəvanın seçdiyi xəttin məntiqi davamıdır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir