• Ça. Noy 26th, 2024

Britaniyanın “Economist” jurnalında Azərbaycan səfirinin cavab məktubunu dərc edilib

ByYenigun.news

Sen 7, 2023


Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Economist” jurnalına ünvanladığı məktub dərc edilib.

Azərbaycanın Britaniyadakı səfirliyindən verilən məlumata görə, cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov tutaraq süni şəkildə yaratdıqları humanitar “fəlakətdən” istifadə etməklə və məsələni siyasiləşdirməklə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmağa çalışırlar. Separatçılar tərəfindən Ağdam yolunun bağlanması və Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edilməsi buna əyani sübutdur.

Eyni zamanda bildirilir ki, separatçıların bu siyasi şousu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir.

Həmçinin vurğulanır ki, çoxmillətli ölkə olaraq Azərbaycan digər vətəndaşları kimi yerli ermənilərə bərabər hüquqlu inteqrasiya təklif edir. Azərbaycan və Ermənistana arasından sülhün əldə edilməsinin regionda sabitliyin və rifahın yeganə çıxış yolu olduğu vurğulanır. Əks təqdirdə erməniləri yalnız qeyri-sabitlik və tənəzzül gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir