• Ça. Noy 26th, 2024

Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi

ByYenigun.news

Sen 7, 2023


Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezident Ersin Tatar yazılı açıqlama yayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının bundan sonra da Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi. ŞKTR Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə varlığını davam etdirən bir türk dövlətidir. Azərbaycanla eyni millətin bir hissəsi olaraq ayrılmaz bağlarımızın bundan sonra da qəlb birliyi və ortaq dəyərlərimizlə birlikdə daha da güclənməsi mənim ən böyük arzumdur.

Mən cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, – deyə Ersin Tatar bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir