• Ç. Noy 27th, 2024

Rəsmi Bakı: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün gözləyir”

ByYenigun.news

Sen 8, 2023


“Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir”.

Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoş məramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib.

“Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir.

Ermənistanın vəziyyəti beynəlxalq birliyə “humanitar” xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu heç bir şübhə doğurmamalıdır”, – brifinqdə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir