Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə köçürülmüş 88 nəfərdən biri də 82 yaşlı Qəribə Həsənovadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Zabux kəndində sakinlərlə görüşərkən Qəribə nənənin dövlətimizin başçısından bir xahişi olmuşdu: Bir müddət əvvəl vəfat etmiş oğlunun ailəsinə də onun evinin yaxınlığında ev verilsin.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə Qəribə nənənin istəyi yerinə yetirilib. Onun oğlunun Xırdalan şəhərində müvəqqəti məskunlaşmış ailəsi artıq Zabux kəndinə, Qəribə nənənin qonşuluğuna köçürülüb.
Buradakı yeni həyatından, onun üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlətimizin başçısına və birinci vitse-prezidentə minnətdarlıq bildirir.
Ətraflı süjeti təqdim edirik: