“Yaxın zamanda humanitar yük təyinat nöqtəsinə çatdırılacaq”.
Bu sözləri Qızıl Aypara Cəmiyyətinin (QAC) vitse-prezidenti Rövşən Əliyev deyib.
O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki avtomobili humanitar yükün Bərdə şəhərinə gətirilməsi zamanı müşayiət edib:
“Hazırda Rusiya Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları “Bərdə” hotelində dincəlirlər. Çox güman ki, yaxın saatlarda həmin yük təyinat nöqtəsinə çatdırılacaq”.