Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan 18-ci G20 Liderlər Zirvəsi üçün Hindistanın paytaxtı Yeni Delhidə olarkən baş tutan danışıqlarda iki dövlət başçısı arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan münasibətləri və Qarabağda baş verən son hadisələr də müzakirə olunub.
Cumhurbaşkanımız @RTErdogan, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir telefon görüşmesi gerçekleştirdi.
Cumhurbaşkanımız Erdoğan’ın 18’inci G20 Liderler Zirvesi dolayısıyla Hindistan’ın başkenti Yeni Delhi’de bulunduğu sırada gerçekleşen görüşmede iki lider, bölgesel…
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) September 10, 2023