“Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.
Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.
A military serviceman of Azerbaijan’s Army was injured as a result of landmine explosion planted by the sabotage group of Armenian armed groups in Aghdam.
Since the end of 2020-war 306 🇦🇿-is became landmine&UXO victims.
We expect open condemnation of such deliberate actions. pic.twitter.com/hs1uPTudX9
— Aykhan Hajizada (@Aykhanh) September 10, 2023