• Bz. Noy 24th, 2024

Metyu Brayza: “Separatçı rejim Qarabağdakı erməni sakinləri girov kimi istifadə edib”

ByYenigun.news

Sen 28, 2023


“Separatçı rejim Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərdən siyasi məqsədlər üçün girov kimi istifadə edib”.

Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu gün artıq aydındır ki, Qarabağ erməniləri həm özlərinin erməni “lider”ləri, həm də münaqişəni sülhdən üstün tutan Ermənistanın ekstremist siyasi müxalifəti tərəfindən siyasi girov kimi istifadə ediliblər.

“Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etməsi və Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması ilə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsində ən son maneə aradan qaldırılıb”, – o vurğulayıb.

M.Brayza əlavə edib ki, hazırda Ermənistanın qeyri-qanuni silahlı dəstələri Azərbaycanın təhlükəsizliyinə də faktiki olaraq təhdid yaratmır.

Sabiq səfir qeyd edib ki, əgər proseslər bu istiqamətdə davam edərsə, tezliklə sülh sazişinin imzalanması istiqamətində real irəliləyiş müşahidə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir