• Bz. Noy 24th, 2024

Vardanyan həbsdən bir gün öncə Rusiya şirkətindəki payından imtina edib

ByYenigun.news

Sen 28, 2023


Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Sankt-Peterburqda qeydiyyatdan keçmiş “Atlanta Investments” şirkətindəki payını Ermənistan vətəndaşı Artur Əmirxanyana təhvil verib.

Bu barədə məlumat Rusiyanın hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub.

Məlumata əsasən, sövdələşmə sentyabrın 26-da qeydə alınıb və görünür, həmin vaxt Vardanyan özü Xankəndidə olduğundan etibarnamə ilə həyata keçirilib.

Xatırladaq ki, əvvəllər o, Rusiyadakı aktivlərinin bir hissəsini həyat yoldaşı Veronika Zonabend və onun qohumunın adına keçirib. Rusiyada Vardanyanın hələ də “Kamaz”da payı var (“Avtoinvest” MMC, “Vosxod” MMC vasitəsilə, təxminən 5%).

Qeyd edək ki, Vardanyan 2022-ci ilin dekabrında Rusiya vətəndaşlığından imtina edib.

Mənbə: octagon.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir