• Bz. Noy 24th, 2024

Türkiyə Milli Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət müzakirə olunub

ByYenigun.news

Sen 28, 2023


Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olunması, bölgədəki bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsilə açıla bilər.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə başa çatan ölkənin Milli Təhlükəsilzik Şurasının (MTŞ) iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Sənəddə bildirilib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, MTŞ toplantısında bir çox məsələlərlə yanaşı, Qarabağdakı cari vəziyyət və Azərbaycanın bölgədə keçirdiyi lokal antiterror tədbirləri də müzakirə olunub.

Mənbə: Haber Global

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir