• Ca. Noy 28th, 2024

Qardaşı Qənirə Paşayevanın vəfatı ilə bağlı danışdı – VİDEO

ByYenigun.news

Sen 28, 2023


Bu gün vəfat edən millət vəkili Qənirə Paşayevanın qardaşı danışıb.

“Qafqazinfo”ya açıqlama verən mərhum deputatın qardaşı Hüseyn Paşayev bildirib ki, keçən həftənin şənbə günü Qənirə xanımın səhhətində ciddi problemlər baş verib:

“İlk anda Mərkəzi Klinik Xəstəxanada onun müalicəsi dövlət nəzarətinə götürüldü. Mümkün olan bütün tədbirlər həyata keçirildi, qardaş Türkiyədən də həkimlər dəvət olundu. Ancaq təəssüf ki, xəstəlik çox ciddiləşmişdi, onun həyatını xilas etmək mümkün olmadı. Mən dövlətimizə, cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya ailəmizə göstərdiyi həm mənəvi, həm də digər dəstəklərə görə təşəkkürümüzü bildirirəm. Eyni zamanda, Heydər Əliyev Fonduna da, onun məsul şəxslərinə də öz dərin minnətdarlığımızı bildirəm. Allah dövlətimizi qorusun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir