• Bz. Noy 24th, 2024

Aydın Hüseynov: “Qənirə Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı”

ByYenigun.news

Sen 29, 2023


“Qənirə xanım Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

“Qənirə Paşayeva xalqını, millətini dərindən sevən bir insan idi. Dövlətə, dövlətçiliyə çox bağlı idi.

Qənirə Paşayeva hər bir insanın qəlbində yaşayacaq”, – deputat bildirib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir