Xocavənd rayonunun mərkəzi – Xocavənd şəhəri Azərbaycan güc strukturlarının nəzarətindədir. Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.
Kadrlarda yaşayış binaları görünür.
Xatırladaq ki, Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Qarabağda erməni separatçılara qarşı keçirdiyi antiterror tədbirləri nəticəsində həmin ərazidə suverenliyini bərpa edib.
Həmin vaxta qədər Xocavənd şəhəri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi xidmət zonasında idi.