• Şb. Noy 23rd, 2024

Prezident İlham Əliyev Baş planı təsdiq olunmuş yaşayış məntəqələrinin sayını açıqladı

ByYenigun.news

Sen 29, 2023


“İndiyədək səkkiz şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim proqramın tərkib hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir