• Şb. Noy 23rd, 2024

Prezident İlham Əliyev: “Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi”

ByYenigun.news

Sen 29, 2023


“Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

Bu gün də erməni xalqının kriminal hərbi cinayətkarlara nifrət etdiyini xatırladan dövlətimizin başçısı qeyd edib:

“Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək istəsəydi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər, keçmiş həmsədrlər bunu bilirdilər. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında bunu dinc yolla həll etməyə hazır idik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir