• Ça. Noy 26th, 2024

Ermənilərə əsir düşən Natiq Qasımovla bağlı əcnəbilər film çəkiblər – VİDEO

ByYenigun.news

Sen 30, 2023


Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı döyüşçü Natiq Qasımovla bağlı yeni məlumatlar paylaşılır.

İtaliyalı hərbi fotoqraf Enriko Sarsininin lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsi prosesi əks olunub.

Dindirmədə azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş Vitali Balasanyanın iştirak etdiyi görünür.

Xatırladaq ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkəti Natiq Qasımova həsr olunan “Oğul” sənədli filmini çəkib.

“Oğul” sənədli filmində 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edilir.

Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.

Natiq Qasımov erməni zabitlər tərəfindən dindirilən zaman da K.Sinqh orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Qırx altı dəqiqəlik filmin görüntü rejissoru Simon Stanforddur.

Filmi aktyor Azər Aydəmir səsləndirib.

Qeyd edək ki, Natiq Qasımovun işgəncələrlə öldürüldüyü bildirilir. Ancaq onun ölümü rəsmi olaraq təsdiqini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir