• Ça. Noy 26th, 2024

Mahir Qurbanov Uruqvayın “Canal 5” televiziyasına Azərbaycan həqiqətlərindən danışıb – VİDEO

ByYenigun.news

Okt 2, 2023


“Erməni sakinlərin hazırda Azərbaycanın Qarabağ bölgəsini tərk etməsi onların məhz şəxsi qərarıdır və məcburi köçürmə ilə, ümumiyyətlə, əlaqəsi yoxdur”.

Bunu Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, Mahir Qurbanov Uruqvayın dövlət “Canal 5” televiziyasına deyib.

Mahir Qurbanov qeyd edib ki, bizim məqsədimiz suveren ərazilərimizdə qanunsuz separatçı rejimi devirmək idi və biz bu məqsədə nail olduq. Ancaq bunun Qarabağda yaşayan erməni sakinləri ilə heç bir əlaqəsi yoxdur və erməniəsilli sakinlər məhz Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq cəmiyyətimizə reinteqrasiya edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir