“Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.
“Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla – 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də, Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür”, – deyə dövlətimizin başçısı vurğulayıb.