• Ça. Noy 26th, 2024

“Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülüb

ByYenigun.news

Okt 2, 2023


ABŞ-nin Nyu-York şəhərində keçirilən “Dekolonizasiya: Sakit İnqilab” Konfransında yekun bəyanat qəbul edilib.

“Report”un xəbərinə görə, bəyanatda deyilir:

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Görüşü çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlib və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə hədəflərini ifadə ediblər.

“Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları Bakı Təşəbbüs Qrupunu rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təbrik edib və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin (Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun sədri qismində) dəstəyi ilə konfransın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Millətlər Təşkilatının və Qoşulmama Hərəkatının Nizamnaməsinin əsas prinsiplərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirib və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini bir daha vurğulayıblar.

Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Bu, müstəmləkəçilikdən əziyyət çəkən xalqların milli müstəqilliyi uğrunda mübarizədə qarşısına qoyduğu çoxsaylı çağırışlara, tarixən Fransanın müstəmləkə gücü ilə insan, iqtisadi, ekoloji və mədəni cinayətlərə görə hüquqi təzminat tələbinə həmrəyliklə necə cavab vermək barədə səylərini birləşdirməyə qiymətli imkanlar verir.

Nyu-Yorkda təmsil olunan Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qayana və Qvadelupa müstəqillik və millətçi hərəkatları dünyaya, eləcə də bu gün Baş Qərargahında olduqları BMT başda olmaqla beynəlxalq təşkilatlara təcili müraciətlə çıxış edərək xalqlarının mənafeyinə uyğun olaraq azadlıq hüquqlarına, təzminat və inkişaf kimi əsas səylərinin dəstəklənməsi üçün səslərini ən yüksək səviyyədə ucaltdılar.

Biz Noumea Müqaviləsi ilə başlayan dekolonizasiya prosesi üzrə FLNKS-nin 3-cü referendumun etirazını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək qərarını dəstəkləyirik.

Fransız Qvianası, Martinika və Qvadelupa ilə əlaqədar isə biz tələb edirik ki, bu ölkələr Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına yenidən daxil edilsinlər.

Fransa Respublikası Maohi Nuinin müstəmləkədən azad olacaq ölkələr siyahısına yenidən yazılmasından sonra, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il Fransız Polineziyası, Maohi Nui bölgələrinə aid məsələlərdə boş kürsü rolunu oynayır. Biz Fransadan 2013, 2019, 2020, 2022-ci illərdə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb edirik.

Bəşəriyyətimizin qlobal təhlükələrlə üzləşdiyi bir vaxtda, təşkilatımız təntənəli şəkildə bəyan edir ki, müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvi və xalqlar arasında əməkdaşlığa, bərabərliyə əsaslanan yeni dünyanın qurulması, qarşılıqlı hörmət və xalqların suverenliyi beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir.

Bakı Təşəbbüs Qrupu və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki Fransa koloniyalarının təşkilatları xalqlarımız arasında zəruri həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının Dekolonizasiya üzrə Xüsusi Komitəsi və digər BMT orqanları ilə sıx əməkdaşlığın qurulması məqsədilə öz nəticəyönümlü fəaliyyətini davam etdirəcək”.

Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:

“Front de libération nationale kanak et socialiste” (FLNKS)

Magali Tinqal

“Mouvement des Jeunes Kanak en France” (MJKF)

Vea Kuanene Daniel

“Parti pour la Libération de la Martinique” (PALIMA)

Frensis Karol

Silvian Cörton

“Mouvement des démocrates et des écologistes pour une Martinique souveraine” (MODEMAS)

Klaudett Duhamel

“Pour MAOHI NUI” (Polineziya – Fransa):

TAVINI HUIRAATIRA

Ella Tokoragi

Leon Tefau

“Maohi Protestant Church”

“Révérent François Pihaatae”

“Mouvement de Décolonisation et d’Emancipation Sociale” (MDES)

Hektor Pindard

Dominik Montet

Serves Alfonsin

“Alyans Nasyonal Gwadloup”

Natalie Minaçi

“Kollèktif Pou Sove Gwadloup”

Rene Buşemp

“Union Populaire pour la Libération de la Guadeloupe”

Jan-Jakob Bisep

“Autes organisations représentées” – FKNG; CIPPA; CIPN; MIR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir