Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç tvitter hesabında bu gün Kəlbəcərdə media mənsublarının minaya düşərək şəhid olmaları ilə bağlı paylaşım edib.
“Yenigun.news”un xəbərinə görə, o bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilər təcili olaraq minalardan təmizlənməlidir.
“Kəlbəcərdə ikisi media mənsubu olmaqla, üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı Dağlıq Qarabağda münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac olduğunu göstərir”, – deyə AŞ komissarı vurğulayıb.