• Şb. Noy 23rd, 2024

Sevda Abbasova: “Oğlumun uğrunda döyüşdüyü torpağımıza alnıaçıq, üzüağ qayıdırıq”

ByYenigun.news

Okt 30, 2023


“Laçından çıxdığımız günü xatırlamaq belə istəmirəm”.

Bu sözləri Oxu.Az-a bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Sevda Abbasova deyib.

O bildirib ki, bu gün iki ailə olaraq Laçın şəhərinə köçün sevincini yaşayırlar:

“Bu gün həm mən qızlarımla, həm də oğlumun ailəsi ilə Laçın şəhərinə köçün sevincini yaşayırıq. Çox sevincliyik. Belə gözəl gündə Laçından çıxdığımız o çətin günləri xatırlamaq istəmirəm. Laçından çıxanda oğlumu adyala büküb çıxdım. Həmin oğlum 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatıldı, medalla qayıtdı. Bu gün mənim də borcumdur ki, oğlumun uğrunda döyüşdüyü torpağımıza alnıaçıq, üzüağ qayıdım. Bizə bu günləri yaşadan sərkərdəmiz İlham Əliyevə, Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün 20 ailə – 70 nəfər Laçın şəhərinə köç edir. Bu günədək isə 295 ailənin – 1 135 nəfərin Laçın şəhərinə köçü təmin edilib.

Aytac Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir