Rusiya-Azərbaycan sərhədində yerləşən Yaraq-Qazmalar keçid məntəqəsinin yenidən qurulması başa çatmaq üzrədir.
Bu barədə Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Bu il biz Azərbaycanla sərhədimizdə yerləşən Yaraq-Qazmalar keçid məntəqəsinin rekonstruksiyasını başa çatdırırıq”, – deyə Overçuk jurnalistlərin sualını cavablandırarkən deyib.
Baş nazirin müavininin sözlərinə görə, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir keçid məntəqəsi – Tahirkənd-Qazmalar yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.
Mənbə: TASS