Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, Buriç bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağıyevə təşəkkür edirik”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.
Thanks Mr Ali Naghi oglu Naghiyev @AzMissionCoE for signing the @coe Convention against organ trafficking / Merci Mr Ali Naghi oglu Naghiyev @AzMissionCoE pour avoir signé la Convention du @coe_fr contre le trafic d’organes @IsmayilovFN @CoESpokesperson pic.twitter.com/CvTNJkvzyl
— Marija Pejčinović Burić (@MarijaPBuric) October 30, 2023