• Şb. Noy 23rd, 2024

Komitə sədri: “İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”

ByYenigun.news

Okt 31, 2023


“Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürülüblər”.

“Trend” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

Millət vəkili qeyd edib ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edib.

Komitə sədrinin sözlərinə görə, XIX əsrin əvvəllərindən 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlər, oronimlər və hidronimlər dəyişdirilərək erməniləşdirilib.

Deputat qeyd edib ki, tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olurlar.

“1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”, – deyə akademik vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir