Türkiyənin 3 vilayətində FETÖ/PDY-yə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ / PDY ilə əlaqədə olmaq ittihamı ilə 19 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Balıkesir, İstanbul və Dənizli Jandarma Komandanlığı tərəfindən hərəkətə keçirilən və eyni vaxtda təşkil edilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Daha iki şübhəlinin axtarışda olduğu bildirilir.