“Son 30 ildə Azərbaycanın 30-dan çox şəhər və rayonunda 116 yeni müasir yaşayış kompleksi keçmiş qaçqın və məcburi köçkünlərin istifadəsinə verilib”.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu – görülmüş işlər və çağırışlar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün dayanıqlı məskunlaşmadan söhbət gedirsə, insan amili əsasdır:
“Keçmiş məcburi köçkün və qaçqınlarımız ötən 30 il ərzində ölkəmizin hərtərəfli diqqət və qayğısı ilə təmin olunublar”.