Noyabrın 17-də “Bakı KOB evi”ndə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək.
Bu barədə Azərbaycan Gənclər Fondu məlumat yayıb.
Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.
Forum Azərbaycanda sahibkarlığın formalaşmasında böyük rolu olan ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilən “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir..
Tədbirdə dövlət rəsmiləri çıxış edəcək, panel müzakirə təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər. İştirakçı qismində foruma qatılmaq istəyən şəxslər noyabrın 10-dək aşağıdakı linkdəki anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yalnız dəvət alan şəxslərin foruma girişi təmin olunacaqdır.
Link: https://forms.gle/uyaVsJpLKJWh6q1W9