• Be. Fev 16th, 2026

ABŞ-dən olan səyyah: Qarabağ regionunun çox böyük turizm potensialı var

Byadmin

Noy 6, 2023


“Biz artıq Qarabağa səfərimizin üçüncü günündəyik. Bu gün isə İranla sərhədboyu ərazilərə səfər edirik”.

Bunu APA-ya açıqlamasında ABŞ-dən olan səyyah Brayn Qraker deyib.

“Burada dağılmış kənd gördük, ora yenidən qurulacaq. Dünən isə Kəlbəcər və Laçına səfər etmişdik, oralarda da yenidənqurma işləri aparılır, onların hamısını gördük. Kəlbəcər və Laçında dağların möhtəşəm mənzərəsi var idi. Hesab edirəm ki, Qarabağ regionunun çox böyük turizm potensialı var”.