Bakıda Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Uelslə oynayacaq Türkiyə yığması növbəti məşqini keçirib.
“Yenigun.news” xəbər verir ki, məşqdə “ay ulduzlular”ın çalışdırıcısı Şenol Günəş futbolçulara xəbərdarlıq edib.
O bildirib ki, Uelslə oyunu mütləq şəkildə qalibiyyətlə başa vurmaq lazımdır: “Rəqiblərimizin oyunu istədiyimiz kimi başa çatdı. Amma bizim mövqeyimizdə dəyişiklik yoxdur. Elə 0 xalla sonuncuyuq. 4 xal kifayət edə bilər. Lakin son iki oyunda mütləq qələbə qazanmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etmək məcburiyyətindəyik”.