• Şb. Noy 23rd, 2024

ABŞ rəsmisi: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik”

ByYenigun.news

Noy 29, 2023


“ABŞ ardıcıl olaraq bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir. Son bir il ərzində biz iki ölkə arasında gedən danışıqları dəstəkləmişik”.

“Report” xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib:

“Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir