• Ca. Noy 28th, 2024

Bərbər və gözəllik salonlarına onlayn növbə ilə gedəcəyik

ByYenigun.news

İyn 16, 2021

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq olunacaq.

“Yenigun.news” xəbər verir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

Bildirilib ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir.

Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir.

Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır.

Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir.

Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir