• Bz. Noy 24th, 2024

Qələbələrimizlə əbədi fəxr edəcəyik     

ByVuqar Ferzeliyev

Dek 22, 2023

       Dekabrın 21-də bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə baş verdi. İlk dəfə işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi. İlk dəfə olaraqXankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişlər.

       Prezident İlham Əliyev oyundan əvvəl stadionda çıxış etdi və dövlətimizin başçısının bu çıxışı, İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçnın keçirilməsi münasibətilə xalqımızı təbrik etməsi,  qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvlərini salamlaması hər bir iştirakçıda xoş duyğular oyadırdı.

        Dövlətimizin başçısı dedi ki, Qarabağın azad olunması böyük tarixi hadisədir və butarix bizim qəlbimizdə əbədi yaşayacaq. Üç ay bundan əvvəl Xankəndi separatçılardan təmizləndi, birgünlük antiterror
əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”, – dövlət başçısı bildirib.

       Bəli, bu Azərbaycanın şanlı tarixinin növbəti parlaq səhifəsidir. Onu da demək lazımdır ki, bizi qarşıda bu tarixi yaşatmaq üçün ciddi işlər gözləyir. Gənclərin fiziki tərbiyəsi, bu cəhətdən sağlam gənclər hazırlanması bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman işi sayəsində gənclərimiz hər bir çətinliyi dəf etməyə hazırdır.

         Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik sağlam gənclik formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində də daha böyük rol oynayır. Məhz dövlətin, şəxsən Prezident İlham Əliyevin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hesab edirəm ki, bu görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir.

        Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq.


Salamat Nəcəfov,

Cəlilabad rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir